Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 11:01

Litvinenko-nun qətlində iki şübhəlinin aktivləri dondurulub


Aleksandr Litvinenko (soldan), Vladimir Putin və Andrei Lugovoi

2006-cı ildə Londonda Aleksandr Litvinenko-nu öldürməkdə ittiham olunan iki rusiyalının Böyük Britaniyadakı hesabları dondurulub. Litvinenko Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı idi.

Yanvarın 22-də yayılmış açıqlamada bildirilir ki, 2001-ci il Antiterror, Cinayətkarlıq və Təhlükəsizlik Aktının şərtlərinə uyğun olaraq Andrei Lugovoi Dmitry Kovtun-un hesabları dondurulub.

Litvinenko-nun ölümüylə bağlı Britaniya hökumətinin araşdırmasını hakim Robert Owen aparıb. O, yanvarın 21-də bildirib ki, Litvinenko-nu Lugovoi və Kovtun-un öldürməsi dəqiqdir, 2006-cı il noyabrın 1-də onun çayına polonium 210 radioaktiv maddəsinin ölümcül dozasını əlavə ediblər.

Rusiya prezidenti Vladimir Putin-in açıq təndiqçisi olmuş Litvinenko bir neçə gün sonra dünyasını dəyişib.

Hər iki şəxs keçmiş təhlükəsizlik əməkdaşının ölümündə əli olmadığını deyib. Amma britaniyalı müstəntiqlər Lugovoi-un qaldığı otellərdə, olduğu restoranlarda və təyyarədə polonium 210-nun izlərini tapıblar. Lugovoi-un 2006-cı ilin dekabrında Moskvada radiasiya zəhərlənməsindən müalicə olunduğu da bildirilir.

Keçmiş KGB agenti olan Lugovoi 2007-ci ildə Rusiya Dövlət Dumasına seçilib. Putin 2015-ci ildə onu “vətənə xidmətlərə görə” dövlət medalıyla təltif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG