Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Çexiyada seçkini kim udacaq


Jiri Drahos (solda) Praqada qatarda media üçün poza verir
Jiri Drahos (solda) Praqada qatarda media üçün poza verir

Çexiyada prezidentliyə iki namizəd cümə və şənbə günləri bir daha yarışmaya gedir. “Frans Pres” agentliyi yazır ki, son rəy sorğuları rusiyapərəst prezident Milos Zeman-la avropapərəst akademik Jiri Drahos arasında yarışmanın xeyli sərt keçəcəyini göstərir.

47 vs. 43 FAİZ

73 yaşlı keçmiş kommunist Zeman kənd yerlərində məşhurdur və antimüsəlman ritorikasıyla tanınır. O, 12-13 yanvar tarixlərində doqquz namizədin qatıldığı seçkidə səslərin 38,56 faizini toplayıb.

68 yaşlı, Çexiya Elmlər Akademiyasının keçmiş rəhbəri Drahos isə səslərin 26,6 faizini yığıb. O, daha çox Praqada və digər iri şəhərlərdə dəstək qazanıb.

Təhlilçilər Drahos-un seçkinin ikinci turunda azacıq fərqlə üstünlük qazanacağını düşünürlər, belə ki, birinci raunddan çıxmış namizədlər də akademiki dəstəkləyiblər.

Bazar ertəsi DNES qəzeti bir sorğuya istinadla yazıb ki, seçicilərin 47 faizi “mütləq” Drahos-u, 43 faizsə Zeman-ı dəstəkləyəcək.

Milos Zeman (ortada)
Milos Zeman (ortada)

STEM/MARK agentliyi sorğunu ötən həftə 1078 səsvermə yaşında olan respondent arasında keçirib.

50 FAİZDƏN ARTIĞI YIĞAN OLACAQMI

Hələlik, iki namizədin heç biri səslərin 50 faizindən artığını yığa bilməyib”, – yazan DNES “aşırı həyəcanlı” qarşıdurma olacağını yazır.

Sorğunun nəticələrinə görə, seçkiyə gedəcək şəxslərin 10 faizə qədəri hələ qərarını verməyib.

Kantar TNS və Median agentliklərinin Çexiya Televiziyası üçün keçirdiyi sorğuya görəsə, çexlərin 45,5 faizi Zeman-a, 45 faizi isə Drahos-a səs verəcək. Bu sorğu bazar günü açıqlanıb.

1522 respondentin 9,5 faizi hələ qərarını verməyib”, – Kantar TNS-in təhlilçisi Pavel Ranocha deyib.

“Reflex” həftəlik nəşri isə birinci raundda uduzmuş namizədlərin göstəricilərini detallı təhlil edərək iki namizədin seçkini 50-50 ilə başa vuracağını bildirir.

Zeman və Drahos yanvarın 23-də və 25-də TV debata çıxacaqlar.

Seçkinin ikinci raundu cümə və şənbə günləri keçiriləcək, nəticələr şənbə günortadan sonra açıqlanacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG