Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:49

Sobchak qeydiyyata alınmaqdan ötrü imzaları toplayıb


Ksenia Sobchak seçki kampaniyası tədbirində, 15 yanvar, 2018-ci il

Rusiyalı jurnalist, TV ulduzu Ksenia Sobchak martda keçiriləcək prezident seçkisində namizəd kimi qeydiyyata alınmaqdan ötrü gərəkən 100 min imzanı toplayıb.

Sobchak-ın kampaniyası yanvarın 22-də bildirib ki, ölkə boyunca çalışan könüllülər lazımi imzaları toplayıblar. Kampaniyadan onu da bildiriblər ki, Mərkəzi Seçki Komissiyasına təqdim etməyə azı 120 min imza toplanacaq.

Komissiya daha sonra imzaların həqiqiliyini yoxlamalıdır.

Rusiya prezidenti Vladimir Putin də 18 mart seçkisinə gedir və təhlilçilər onun qalib gələcəyinə şübhənin az olduğunu düşünürlər.

Müxalifətçi Aleksei Navalny barəsində şərti cəzanın mövcudluğu əsas gətirilərək seçkiyə buraxılmayıb.

Digər namizədlər sırasında millətçi Vladimir Zhirinovsky, liberal Grigory Yavlinsky, Kommunist partiyasından Pavel Grudinin var. Tənqidçilərin fikrincə, digər namizədlərin rolu seçkiyə demokratik fon verməkdir.

XS
SM
MD
LG