Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 00:27

İranda kütləvi yağış duaları


Qaen şəhərində insanlar yağış duaları oxuyur
Qaen şəhərində insanlar yağış duaları oxuyur

İranda son illərin ən uzun sürən quraqlığı bəzi ərazilərdə əhalini orta əsrlər qaydasında yağış duasına toplaşmağa sövq edir. 1979-cu ilin İslam inqilabından bu yana yağış duası İranda tez-tez görünən haldır. Amma budəfəki mərasimin özəlliyi əhalinin kütləvi şəkildə quraqlıq əraziyə toplaşıb yağış yağması üçün kütləvi ibadət etməsidir.

Mərasim yanvarın 15-də İranın Əfqanıstanla sərhədində - Cənub Xorasanın Bircənd və Qaen şəhərlərində və cənub-şərqi Sistan-Bəlucistan əyalətinin Zabol şəhərində keçirilib.

Bircənddə yığışan əhaliyə ayətullah (Hojatoleslam) Seyid Bağır Əsədi rəhbərlik edib.

İranın rəsmi xəbər agentliyi olan IRNA məlumat verir ki, Cənub Xorasanda keçən illə müqayisədə bu il yağışın miqdarı 81 faiz azalaraq ölkənin ən quraq ərazisinə çevrilməsinə səbəb olub. Quraqlıqdan ən böyük zərəri isə cənub əyalətinin fermerləri görür.

İran rəsmiləri su probleminin artıq milli bir məsələ olduğunu qəbul edir.

Dünya Su Ehtiyatları İnstitutunun 2015-ci ildə dərc etdiyi hesabata görə, İran 2040-cı ildə dünyanın ən quraq 33-cü ölkəsi olacaq.

XS
SM
MD
LG