Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:08

Navalny-nin kampaniyasının əsas fondu qapadılıb


Aleksei Navalny

Moskvada məhkəmə müxalif siyasətçi Aleksei Navalny-nin prezident seçkisi kampaniyasının əsas dayağı olan fondun qapadılmasına qərar çıxarıb.

Meshchansky rayon məhkəməsi yanvarın 22-də bu barədə qərar çıxarıb. Ədliyyə Nazirliyi bu ayın əvvəlində məhkəməyə müraciət edərək “İlin Beşinci Fəsli” Fondunun qapadılmasını istəmişdi.

Nazirliyin bildirməsinə görə, fond daimi inzibati orqanı üçün saxta ünvan göstərməklə qanunu pozub.

Fondun təmsilçisi Vyacheslav Gimadi qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Korrupsiyayla mübarizə aparan, prezident Vladimir Putin-in açıq tənqidçisi olan Navalny xəbərdarlıqlara və dekabrda çıxarılmış rəsmi qərara baxmayaraq, 18 mart seçkisi öncəsi kampaniya aparır.

Onun kampaniya rəhbəri Leonid Volkov noyabrda deyib ki, “İlin Beşinci Fəsli” Fondu, Rusiya boyunca kampaniya əməkdaşlarını rəsmən işə götürən hüquqi qurumdur, tərəfdarlardan ianələr alır, Navalny kampaniyası adından kirayə razılaşmaları imzalayır.

1999-cu ildən hakimiyyətdə olan Putin daha altı illiyə prezident seçilməyə çalışır. Tənqidçilər digər namizədlərin çoxunun gözdən pərdə asmaq üçün irəli sürüldüyünü, Putin-in belə bir siyasi mühitdə qalib gələcəyini proqnozlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG