Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:06

14 yaşından kiçik uşaqlara dərman satılmayacaq


Dərman

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilir.

«Report»un xəbərinə görə, bununla bağlı bu gün, yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında «Dərman vasitələri haqqında» Qanuna dəyişiklik müzakirə edilib.

Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatlarında buraxılır. Aptek təşkilatlarında «Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı»na daxil edilmiş dərman vasitələrinin olması zəruridir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Dərman vasitələrinin reseptsiz buraxılmasına da icazə verilmir.

Maddəyə yeni - 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG