Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:30

Fransa Türkiyənin Suriyaya hərbi müdaxiləsinə reaksiya verdi


Jean-Yves Le Drian

Fransa Suriyadakı vəziyyətlə bağlı BMT təhlükəsizlik şurasında təcili iclas keçirilməsini tələb edir.

Bu barədə Fransanın xarici işlər naziri Jean-Yves Le Drian özünün Tvitter hesabında yazıb.

Bu Türkiyənin Suriya ərazisində yeni hərbi əməliyyata başlamasına ilk böyük beynəlxalq reaksiyadır.

Türkiyənin baş naziri Binali Yıldırım bundan əvvəl Türkiyə ordusunun Suriyanın Afrin regionunadaxil olduğunu bəyan edib.

Bu bölgə hazırda ABŞ-ın dəstəklədiyi kürdlərdən ibarət YPG qrupunun nəzarətindədir.

Binali Yıldırım deyib ki, əməliyyatda məqsəd Suriya ərazisində 30 kilometrlik dərinliyində təhlükəsizlik zonası yaratmaqdır.

ABŞ hesab edir ki, bu regionda vəziyyəti daha da gərginləşdirə bilər.

Türkiyə isə YPG qruplaşmasını terrorçu PKK təşkilatı ilə əlbir olmaqda günahlandırır.

Türkiyə rəsmilərinin sözlərinə görə xarici işlər naziri Mevlut Cavuşoğlu əməliyyat barədə telefonla ABŞ Dövlət katibi Rex Tillersona məlumat verib.

Həmçinin Türkiyə komandanlığının bu barədə ABŞ və Rusiya tərəfini məlumatlandırdığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG