Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:40

Kabildəki hücumda azı 18 nəfərin öldüyü bildirilir


Kabil "İnterkontinental" hotel

Əfqanıstanın paytaxtı Kabildəki “İnterkontinental” hotelin mühasirəsi başa çatıb.

Bu barədə yanvarın 21-də ölkənin daxili işlər nazirliyi məlumat verir.

Hotelə edilmiş hücum zamanı azı 18 nəfərin öldüyü və onlardan 14-dünün xaricilər olduğu bildirilir.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Yanvarın 20-si axşam saartlarında hotelə hücum edən yaraqlılar insanları 10 saatdan çox girov saxlayıblar.

Bu höteldə əsasən qərb ölkələrindən olan qonaqlar və siyasətçilər qalır.

Hücum vaxtı orda beynəlxalq konfrans keçirilirmiş.

Qonaqlar təhlükəsiz yerə çıxarılıb, polis binanı mühasirəyə alıb və atışma başlayıb.

Polis hücum edənlərdən 3-nü güllələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG