Ciddi yağıntı gözlənmir
Yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Şimal-qərb küləyinin əsəcəyi,gündüz mülayim cənub küləyi ilə əvəzlənəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yanvarın 22-də havanın əsasən yağıntısız keçəcəyi bildirilir.
Gecə 3 dərəcə şaxtadan 6 dərəcəyə kimi isti, gündüz 7-13 dərəcə isti təxmin edilir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində gecə şaxtanın 10 dərəcəyə qalxacağı gözlənir.