Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 06:54

Göyçay rayonunda yol tikintisi zamanı uçqun baş verdiyi bildirilir. Bir nəfərin öldüyü qeyd edilir.

APA-nın xəbərinə görə,thadisə rayonun Alpoud kəndində baş verib.

Xəbərdə bildirilir ki, Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı fəhləVüqar Xəlilovun üstünə torpaq layları tökülüb.

Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılarkən qəflətənuçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovun yarım saatdan sonraoradan çıxarıldığı deyilir.

Xəstəxanaya aparılarkən onun yolda vəfat etdiyi bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğundaaraşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG