Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:42

Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib


Arxiv fotosu

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

AzərTAC-ın xəbərinə görə, dövlət başçısı 20 yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

Prezident daha sonra “Əbədi məşəl” kompleksi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından o vaxt Bakıda həlak olan insanların məzarlarının ziyarəti başlayıb.

XATIRLATMA

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 1000-ə yaxın şəxs həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG