Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:59

Ayaz Mütəllibovun mətbuat katibi: ‘Mən icra başçısının dustağıyam’


Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimov
Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimov

Keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimov (Fətişoğlu) 4 il 6 ay azadlıqdan məhrum edildi.

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda hökm çıxarılıb.

Müxtəlif adamlardan yaxınlarının həbsdən buraxılması, işə düzəlmək, vəzifədə irəli çəkilmək və s. üçün pul alıb, onları aldatmaqda suçlanan T.İbrahimov CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib.

T.İbrahimov adamlardan pul aldığını təsdiqləsə də, özünü təqsirli bilmir. Elə hökmdən öncə son sözündə də həbsinə görə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu günahlandırıb. Özünü “icra başçısının dustağı” adlandırıb: “Məni Ağdamın icra başçısı tutdurub. Mən onun dustağıyam. Onunla dost olmuşdum. Amma məni pis vəziyyətdə qoydu...”

Buna da bax: Aldadılan Ağdam sakini: ‘Teylor icra başçısının vassalı olub...’

Elə işlərinin düzəlməsi üçün pul verib aldanmış zərərçəkmişlər də icra başçısını günahlandırır. Deyirlər ki, T.İbrahimov həmişə onun yanında, kabinetində olurdu. Elə ona görə də T.İbrahimovun onları aldatdığını biləndə bu məsələ ilə əlaqədar icra başçısının yanına gediblər.

Zərərçəkmişlər hökmdən öncəki çıxışlarında onlara dəymiş ziyanın ödənilməsini, bu məsələnin də hökmdə öz əksini tapmasını istəyiblər. Amma hökmdə mülki iddianın təmin olunması haqda heç nə yoxdur.

İcra başçısı R.Məmmədov bu iş üzrə istintaqda dindirilib. Məhkəmədə dindirilməli şahidlər siyahısında adı olsa da, gəlməkdən imtina edib. Məhkəməyə göndərdiyi teleqramda da yazıb ki, işi ilə əlaqədar məhkəməyə gələ bilmir, istintaqa ifadəsini təsdiqləyir. İstintaqa ifadəsində isə T.İbrahimovla münasibətləri olduğunu, onun adamları aldatdığını eşidəndən sonra zərərçəkmişlərin bəziləri ilə görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, zərərçəkmişlərə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

T.Fətişoğlunun adı keçmiş MTN-in həbs elədiyi bir sıra şəxslərin işində də hallanırdı. Dövlət çevrilişinə cəhdlə bağlı həmin cinayət işlərində T.İbrahimov təqsirləndirilən şəxslərin əleyhinə ifadə vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG