Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 20:23

“The Economist” dərgisi Big Mac indeksini açıqlayıb. Bu indeks alıcılıq qabiliyyəti pariteti ideyasına əsaslanır, yəni valyuta məzənnələri elə bir həddə çatdırılmalıdır ki, müxtəlif ölkələrdə bir məhsul eyni qiymətə satılsın. Başqa sözlə, eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır.

Bu səbətdə isə bircə məhsul var – Big Mac qamburqeri. Onun qiyməti 120 ölkədə öyrənilir. Əgər bir ölkədə Big Mac-ın qiyməti dörd Amerika şirkət şəhərindəki orta qiymətdən – 5,28 dollardan yuxarıdırsa, onda həmin valyuta bahalı sayılır, aşağıdırsa, deməli, valyuta ucuzdur.

Avrozonada Big Mac-ın orta qiyməti 3,95 funt-sterlinq, yaxud 4,84 dollardır. Bu o deməkdir avronun dollara nisbətən indiki məzənnəsi real qiymətindən 8,4% aşağıdır. Sonuncu dəfə avronun 16% az dəyərləndirildiyi üzə çıxmışdı.

*** Buna da bax: Dünyanın ən yaşamalı şəhəri hansıdır

AZACIQ EYHAM

Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi Portuqaliyada bir konfransda eyhamla dedi ki, bankın istiqraz alışı tezliklə məhdudlaşdırıla bilər. Ondan sonra valyuta bazarı sanki oyandı və avronun ucuz satıldığını anladı.

Valyutalar səbətinə baxanda, dolların hələ də bahalı valyuta kimi qaldığı görünür. Yalnız 3 ölkədə – İsveçrə, Norveç və İsveçdə burqerlər hazırkı məzənnəylə baha satılır.

2018-ci ilin yanvarında türk lirəsi az dəyərləndirilən valyutalar içində üçüncü yeri tutub. Onun real dəyərindən 50% aşağı qiymətləndirildiyi bildirilir.

Zəngin ölkələrdən yalnız Britaniya və Yaponiya valyutaları nisbətən ucuzdur. Funt-sterlinqin ucuzluq səbəbi Brexit-dir – Avropa Birliyindən çıxması. Amma dərgi qeyd edir ki, yen uzun müddət belə ucuz qala bilməz. Avro göstərdi ki, monetar siyasətin yumşaldılmasına son verməklə bağlı azacıq eyham qiyməti dərhal yüksəldə bilər.

Société Générale bankından Kit Juckes deyir ki, yen üçün də oxşar məqam gələ bilər.

*** Buna da bax: Big Mac indeksi: manatın real məzənnəsi

Polşa və Çex respublikasının avrozonaya güclü əlaqələri var, ÜDM artımı da güclüdür. Polşanın zlotası dollara qarşı real məzənnəsindən 44%, çex kronu isə 28% aşağı dəyərləndirilir.

Azərbaycana gəlincə, iyulda 1 Big Mac Bakıda 3 manat 80 qəpiyə idi.

Bu, dolların o vaxtkı məzənnəsi ilə 2,42 dollar edirdi. Bu da “The Economist”in hesabladığı kimi, manatın 52 faiz aşağı dəyərləndirilməsi deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG