Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:04

"Kaspersky Lab" ABŞ-da qadağanın ləğvinə çalışır


Kaspersky Lab-ın Moskvadakı ofisi, oktyabr, 2017-ci il
Kaspersky Lab-ın Moskvadakı ofisi, oktyabr, 2017-ci il

“Kaspersky Lab” şirkəti ABŞ-da məhkəməyə müraciət edib, Daxili Təhlükəsizlik Nazirliyinin dövlət strukturlarında onun məhsullarına qoyduğu qadağanın ləğvini tələb edir.

Şirkət israr edir ki, nazirliyin sərəncamı ABŞ konstitusiyasına uyğun olaraq, məhkəmə araşdırması hüququnu pozur.

Ötən yay Birləşmiş Ştatlar hakimiyyəti dövlət strukturlarına “Kaspersky Lab” proqramlarından istifadəni yasaqlayıb, şirkətin Kreml və Rusiya xüsusi xidmətləri ilə əlaqələrindən şübhələnir.

Dekabrın 18-də şirkət sərəncamın ləğvi tələbiylə məhkəməyə müraciət edib. O zaman şirkət bildirirdi ki, daxili təhlükəsizlik nazirliyinin sərəncamı mətbuatda gedən təsdiqlənməmiş, anonim məlumatlara, şayiələrə və saxta ittihamlara əsaslanır.

Qadağa hal-hazırda qüvvədə olduğundan, “Kaspersky Lab” məhkəmə dövründə sərəncamın ləğvi xahişiylə məhkəmə iddiası qaldırıb. Şirkət ümid edir ki, bu iddia ilkin iddiaya baxılmasını sürətləndirəcək.

Dekabrın 13-də ABŞ prezidenti Donald Trump hökumətə Kaspersky proqramlarından istifadəni qadağan edib.

“Kaspersky Lab” isə Kreml və Rusiya xüsusi xidmətiylə əməkdaşlıqla bağlı deyilənləri rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG