Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:19

Avropa Məhkəməsi hökuməti jurnalistə görə cərimələdi


Müşfiq Hüseynov

Bu gün, yanvarın 18-i Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb. Məhkəmə hökuməti cərimələyib.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Yeni açıqlanmış qərar «Bizim Yol» qəzetinin bir vaxtlar həbsdə olmuş əməkdaşı Müşfiq Hüseynovun şikayəti əsasında çıxarılıb.

Qərara görə, Azərbaycan məhkəmələri jurnalistin işinə baxarkən onun Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddələrində nəzərdə tutulan hüquqlarını pozub.

Qərara əsasən, həmin pozuntulara görə, hökumət jurnalistə 4 min avro kompensasiya ödəməlidir.

Xatırlatma

M.Hüseynov 2007-ci il iyulun 24-də Azərbaycan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

2008-ci ilin yanvar ayında o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

2009-cu ilin dekabrında prezident sərəncamı ilə o, əfv edilib.

Vərəm xəstəliyindən əziyyət çəkən jurnalistin səhhəti son vaxtlar ağırlaşmış və hüquq müdafiəçiləri onun azadlığa buraxılması məsələsini qaldırmışdılar.

Jurnalistin hüquqlarını yerli məhkəmələrdə mərhum vəkil İsaxan Aşurov müdafiə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG