Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Qazaxıstanda avtobus yanıb, azı 52 nəfər həlak olub [Video]


Qazaxıstanda avtobus yandı, 52 nəfər öldü
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Qazaxıstanda avtobus yandı, 52 nəfər öldü

Qazaxıstanın şimal-qərbindəki Aqtobe regionunda “avtobusun yanması nəticəsində” azı 52 nəfərin həlak olduğu bildirilir.

Regionun Fövqəladə Hallar Departamentinin rəhbəri Aqtilek Kenes yanvarın 18-də jurnalistlərə deyib ki, ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.

Onun sözlərinə görə, avtobusdan salamat çıxmış beş nəfər də özbəkistanlıdır.

Rəsmilər avtobusun Qalibay kəndinin 10 kilometrliyində, Rusiyanın Samara şəhəriylə Qazaxıstanın cənubundakı Şimkent şəhərini birləşdirən magistral yolda alışdığını bildirirlir.

Hadisə yerində polis, xilasedicilər, psixoloqlar işləyir.

Rəsmi məlumata görə, Macarıstan istehsalı olan “Ikarus” sərnişin avtobusunun alışmasının səbəbləri araşdırılır.

1960-80-ci illərdə “Ikarus” Sovet İttifaqı və Şərq blokuna avtobusların əsas təchizatçısı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG