Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 15:21

Pravoslav kilsə rəsmisi Yuli təqviminə keçməyə çağırır


Baş nazir Dmitry Medvedev Kilsədə milad ayinində, 7 yanvar, 2018-ci il

Rusiya Pravoslav Kilsəsinin aparıcı rəsmisi Rusiyanı 1918-ci ilin fevralınadək işlədilən Yuli (Yulian) təqviminə keçməyə çağırır.

Yanvarın 16-da kilsəyə bağlı Spas TV-yə müsahibəsində Aleksandr Shchipkov deyib ki, bir əsr öncə bolşeviklərin Qriqori təqviminə keçməsi pis fikir olub.

Onların məqsədi ənənəni pozmaq, Rusiya xalqını psixoloji baxımdan sındırmaq, onların iradəsini iflic etmək idi”, – pravoslav kilsəsinin ictimaiyyətlə əlaqələr departamentinin sədr müavini olan Shchipkov deyib.

İyunda Rusiyanın millətçi Liberal Demokratik Partiyası da Yulian təqviminin bərpasını təklif etmişdi. Bu təqvim Qriqori təqvimindən 13 gün geri qalır. Pravoslavlar milad bayramını yanvarın 7-də qeyd edir.

Hökumətlə sıx əlaqələri olan Pravoslav Kilsəsinin nüfuzu son illər artmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG