Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:45

Ukraynanın şərqində iki əsgərin öldürüldüyü bildirilir


Luqansk, arxiv fotosu

Ukrayna ordusu ölkənin şərqində iki əsgərinin öldürüldüyünü, beşinin yaralandığını bildirir. Hadisə partlayıcı qurğunun zirehli maşını sıradan çıxarması nəticəsində baş verib.

Müdafiə Nazirliyi yanvarın 17-də yaydığı ayrıca bəyanatda qeyd edir ki, daha iki əsgər də rusiyapərəst separatçıların atəşkəsi pozması nəticəsində yaralanıb. Son 24 saat ərzində separatçıların atəşkəsi pulemyotlar, qumbaraatanlar və minaatanlar vasitəsiylə 3 dəfə pozduğu bildirilir.

Bu arada separatçılar hökumət qüvvələrinin eyni növ silahlarla atəşkəsi yeddi dəfə pozduğunu iddia edib.

2014-cü ilin aprelindən Ukraynanın Donetsk və Luqansk regionlarında separatçılarla hökumət qüvvələrinin münaqişəsində 10 min 300-dən çox adam həlak olub.

Bir neçə dəfə atəşkəs barədə razılaşma əldə olunsa da, tərəflər bir-birini onu pozmaqda suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG