Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:39

AB ilə Azərbaycan arasında saziş '99 faiz razılaşdırılıb'


Azərbaycan-AB

«Ötən il Azərbaycanla «Ümumi aviasiya məkanı haqqında» sazişə dair danışıqların bərpasından sonra iki raund keçirilib və sazişin mətni 99 faiz razılaşdırılıb».

Bu barədə Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri Kastutis Yankauskas «Turan» agentliyinə bildirib. Onun deməsinə görə, prinsipial fikir ayrılığı qalmayıb.

«Biz, sadəcə, sonuncu addımı atmalıyıq. Ümid edirəm ki, bu, yaxın gələcəkdə baş verəcək», - o qeyd edib.

«Aviasiya sazişi qarşılıqlı faydalıdır və Azərbaycan üçün geniş imkanlar açır: turistlərin sayını artıracaq, iqtisadiyyatı şaxələndirəcək, Azərbaycanın Avropa və Asiya arasında nəqliyyat-logistika mərkəzinə çevrilmək imkanlarını artıracaq. Avropa Birliyi digər ölkələrlə də analoji sazişlər imzalayıb...», - o bildirib.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Ötən ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Müxtəlif sahələr üzrə əməkdaşlığın əks olunduğu bu danışıqlar hələ ki, yekunlaşmayıb. Halbuki, Ermənistan Avropa Birliyi ilə ötən ilin noyabrında tərəfdaşlıq sazişi imzaladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG