Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:25

Memorial İnquşetiyadakı ofisinin yandırıldığını deyir


Oleg Orlov

Memorial insan haqları qrupu İnquşetiyadakı ofisinin yandırıldığını deyir. Rusiyanın bu aparıcı insan haqları qrupunun üzvü bunu “terror” hücumu adlandırıb.

Memorial-ın aparıcı üzvü Oleg Orlov yanvarın 17-də AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, naməlum şəxslər Şimali Qafqazda yerləşən respublikanın ən böyük şəhəri olan Nazrandakı ofisə od vurublar.

Orlov-un deməsinə görə, təhlükəsizlik kameraları səhər tezdən saat 3:30-da ofisə iki maskalının yaxınlaşdığını, nərdivanla ikinci mərtəbəyə qalxdığını, pəncərəni sındıraraq binaya girdiyini lentə alıb.

Binadakı altı otaqdan üçü ciddi ziyan çəkib. Bunu terror hücumu sayırıq. Bu hücumun məqsədi sıravi adamları qorxutmaq, Memorial-a ziyan vurmaq olub”, – Orlov deyib.

Orlov bu insidenti qonşu Çeçenistanda Memorial-a təzyiqlərlə əlaqələndirib. Yanvarın 9-da insan haqları qrupunun burdakı filialının rəhbəri narkotik ittihamıyla saxlanıb.

Oyub Titiyev-in həbsini beynəlxalq qurumlar da pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG