Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:21

E.Məmmədyarov fransalı həmkarı ilə görüşüb


Elmar Məmmədyarov

Fransada işgüzar səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 16-sı Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.

Nazirlər iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə ediblər.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də toxunublar.

E.Məmmədyarov danışıqların mövcud durumu barədə həmkarını məlumatlandırıb.

«ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi, mövcud status-kvo qəbuledilməzdir», - deyə E.Məmmədyarov vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə, tezliklə həll edilməsinə tərəfdar olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması kimi məsələlər də müzakirə edilib.

E.Məmmədyarov Azərbaycanda Fransanın 50-dən çox şirkətinin fəaliyyət göstərdiyini bildirib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası. Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG