Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Serb siyasətçinin ölümündə “xarici rol” iddiası


Oliver Ivanovic

Kosovoda aparıcı etnik serb siyasətçinin qətli ölkəyə qanunsuz müdaxilənin nəticəsi olub. Bunu Kosovonun baş naziri Ramush Haradinaj deyir.

Yanvarın 16-da Kosovonun şimalındakı Mitrovitsa şəhərinin əsasən serblər yaşayan hissəsində siyasi lideri Oliver Ivanovic güllələnərək öldürülüb. Bu qətl Balkanlardan gərginliyi artırıb, Kosovoyla Serbiya arasında AB-nin təşkilatçılığıyla keçirilən danışıqlar ertələnib.

“Düşünürük ki, bu cinayət, eləcə də ölkənin şimalında baş verən müəyyən kriminal hadisələr Kosovodakı kənar qurumların ölkənin şimalına qanunsuz müdaxiləsinin nəticəsidir”, – Haradinaj Kosovo Milli Təhlükəsizlik Şurasının iclasından sonra deyib. O, detalları açıqlamayıb.

Baş nazir Serbiyanın təhqiqatda iştirak tələbini də rədd edib, deyib ki, Federal Təhqiqatlar Bürosunu (FBI) dəvət edə bilər.

Kosovo prezidenti Hashim Thaci hüquq-mühafizə orqanlarını siyasətçinin ölümünün baş verdiyi şəraiti mümkün qədər tez araşdırmağa çağırıb.

Serbiya prezidenti Aleksandar Vucic qətli “terror aktı” adlandırıb və deyib ki, Serbiya Kosovodakı beynəlxalq missiyaları Belqradı da qətlin araşdırılmasına cəlb etməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG