Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Kosovoda serb siyasətçinin qətlini pisləyirlər


Oliver Ivanovic ötənilki seçkidə oğluyla birlikdə bülleteni qutuya atır
Oliver Ivanovic ötənilki seçkidə oğluyla birlikdə bülleteni qutuya atır

Kosovonun şimalında serb siyasətçi Oliver Ivanovic güllələnərək öldürülüb. Bu haqda AzadlıqRadiosu-na (RFR/RL) Ivanovic-in vəkili məlumat verib.

Etnik serb olan Ivanovic ölkənin şimalındakı Mitrovitsa şəhərinin serblərin üstünlük təşkil elədiyi şimal hissəsində ofisinin qarşısında öldürülüb.

Vəkili Nebojsa Vlajic AzadlıqRadiosu-nun Balkan xidmətinə deyib ki, siyasətçi yanvarın 16-da güllələnərək qətlə yetirilib.

Ivanovic Azadlıq, Demokratiya və Ədalət (SDP) adlı vətəndaş təşəbbüsünün prezidenti idi. 2017-ci ildə Kosovoda yerli seçkilərə bu təşəbbüsdən namizədlər qatılmışdı.

Ivanovic 2008-2012-ci illərdə Serbiya hökumətinin üzvü olub. Kosovonun 2008-ci ildə müstəqillik elan etməsinə baxmayaraq, Serbiyanın Kosovo və Metohiya üzrə Nazirliyinin dövlət katibi kimi çalışıb.

*** Buna da bax: Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyü 2025-ci ildən başlanacaq

O, həmçinin 2009-cu ilədək Serbiya Sosial Demokratik Partiyasının Kosovodakı lideri olub, sonradan SDP-yə prezidentliyə başlayıb.

1998-1999-cu il Kosovo müharibəsindən öncə, Kosovo Serbiyada muxtar vilayət ikən, Ivanovic Mitrovitsada Trepka şaxtasının meneceri idi.

Kosovo məhkəməsi Ivanovic-i 1998-1999-cu il müharibəsi zamanı hərbi cinayətlər törətməkdə təqsirli bilmişdi. Amma sonradan hökm ləğv olundu və təkrar məhkəmə gedirdi.

REAKSİYALAR

Kosovonun baş naziri Ramush Haradinaj serb azlığından siyasi lideri Oliver Ivanovic-in qətlini “cəzalandırılması mümkün cinayət hərəkəti” adlandırıb.

Haradinaj Facebook səhifəsində yazıb ki, “bu faciəvi hərəkətdən gündəlik siyasi məqsədlər üçün faydalanmaq, hətta iki ölkənin münasibətlərini normallaşdırmağı hədəfləyən prosesləri dayandırmaq əməkdaşlığın məntiqinə və ruhuna ziddir”.

Siyasətçinin qətlindən sonra Serbiya və Kosovunun Avropa Birliyində keçirdiyi danışıqlar dayandırılıb.

*** Buna da bax: Freedom House 2018: Demokratiya bütün dünyada geri çəkilir…

Kosovo prezidenti Hashim Thaci də siyasətçinin qətlini pisləyib. O, Facebook səhifəsində hüquq-mühafizə orqanlarını “ölümün baş verdiyini şəraiti mümkün qədər tez araşdırmağa” çağırıb. Prezident vətəndaşları da polislə əməkdaşlığa səsləyib.

28 üzv olan Avropa Birliyi “qətli sərt şəkildə pisləyib”. AB-nin sözçüsü Maja Kocijancic deyib ki, AB tərəfləri “sakitlik və təmkin göstərməyə” çağırıb.

Texniki səviyyədə danışıqlar bu gün – yanvarın 16-da bərpa olunmalıydı. Ötən martda danışıqlar o zaman müxalifət partiyasının lideri Ramush Haradinaj-ın Fransada saxlanması üzündən dayanmışdı. Fransada məhkəmə onun Serbiyaya ekstradisiya olunmasına baxdı və apreldə buraxıldı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG