Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:34

Rusiya futbolunda da dopinq məsələsi araşdırılır


Grigory Rodchenkov

Rusiya futbolçularının dopinq qəbul etməsiylə bağlı araşdırmalar gücləndirilib. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) yanvarın 15-də bildirib ki, Moskvanın antidopinq laboratoriyasının keçmiş direktoru Grigory Rodchenkov-dan informasiya istəyib.

Məhz Rodchenkov-un ilk dəfə 2015-ci ildə səsləndirdiyi iddialar Rusiyanın Olimpiya və digər idman tədbirlərindən kənarlaşdırılmasıyla sonuclandı.

Bu arada Rusiya bu yay ev sahibliyi edəcək Dünya Kubokuna hazırlaşmaqdadır. Federasiya öncə də bildirib ki, dopinq qalmaqalının Dünya Kubokuna təsir göstərməyəcək.

Qurum indiyədək Rodchenkov-dan birbaşa informasiya istəməmişdi. Baxmayaraq ki, onun Rusiya futbolunda dopinqlə bağlı 34 hal üzrə təqdim etdiyi dəlillər Ümumdünya Antidopinq Agentliyinin hesabatına da salınıb. Onların sırasında rusiyalı futbolçuların 2014-cü il Dünya Kubokunda iştirakıyla bağlı iddialar da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG