Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:27

Yeddi ayda ikinci baş nazir də getdi


Mihai Tudose (solda), moldovalı həmkarı Pavel Filip tərəfindən Kişinauda qarşılanır, 21 iyul, 2017-ci il

Rumıniyanın baş naziri Mihai Tudose partiyasının dəstəyini itirdiyinə görə istefa verdiyini deyir.

“Başım dik gedirəm”, – Tudose deyib. Baş nazirin Sosial Demokrat Partiyasının (PSD) liderləri ona siyasi dəstəyi geri götürməyə səs veriblər.

Partiya rəsmilərinə görə, inkişaf naziri Paul Stanescu baş nazirin vəzifələrini icra edəcək.

Tudose daxili işlər naziri Carmen Dan-ı yalan danışmaqda suçlayaraq onu istefa verməyə çağırmışdı. PSD sədri Liviu Dragnea-nın yaxın müttəfiqi olan Dan isə istefa verməkdən imtina edib.

PSD son yeddi aydan da az bir müddətdə artıq ikinci baş nazirdir yola salır.

Ötən il Sosial Demokratlar hökumətə etimadsız göstərdilər. Səbəb Dragnea ilə keçmiş baş nazir Sorin Grindeanu arasında fikir ayrılığı idi.

Dragnea-ya seçki saxtakarlığıyla bağlı məhkumluq olduğundan o, baş nazir ola bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG