Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 20:42

Britaniya qırıcıları yenə Rusiya bombardmançılarını yola salıblar


Tupolev TU-160

Yanvarın 15-də Britaniya hava qüvvələrinə məxsus iki qırıcı ölkənin hava məkanı yaxınlığında Rusiya strateji bombardmançılarını müşayiət edib.

Krallığın Hava Qüvvələrinin rəsmi məlumatına görə, Şotlandiyadakı bazadan Typhoon təyyarəsi “dərhal reaksiya” verərək göndərilib. Bu zaman iki Tupolev Tu-160 bombardmançısının Britaniyaya yaxınlaşdığı bildirilir.

“Rusiya təyyarəsinə əvvəlcə bir neçə dost ölkənin qırıcıları göz qoyub, daha sonradan onu Şimal Dənizində Krallığın Hava Qüvvələri müşayiət edib. Rusiya təyyarəsi heç bir anda Britaniyanın hava məkanına daxil olmayıb”, – məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi isə iki bombardmançının 13 saatlıq təlim missiyası zamanı, beynəlxalq normalar çərçivəsində Barents, Norveç və Şimal dənizləri üzərində uçduğunu bildirir.

Son vaxtlar Rusiya və NATO-nun hərbi təyyarələrinin qarşılaşması halları çoxalıb. Rusiya Aralıq dənizi, Qara Dəniz və digər ərazilərdə donanmasının iştirakını da artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG