Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

Almaniya bildirir ki, Bitcoin yalnız qlobal miqyasda tənzimlənməlidir


Almaniya Mərkəzi Bankının direktoru bildirib ki, Bitcoin kimi kriptovalyutalar yalnız qlobal miqyasda tənzimlənə bilər. Onun fikrincə virtual və sərhədsiz valyutanı hər hansı bir ölkə və ya region miqyasında tənzimləmək mümkün olmaya bilər.

Dünya boyunca, xüsusilə də Asiya hökumətləri qlobal Bitcoin ticarəti gəlhagəlinə tormoz qoymağa çalışırlar. Bitcoin də başqa kriptopullar kimi istifadəçilər tərəfindən yaradılan və dövriyyə edilən rəqəmsal valyutadır.

Reuters agentliyinin məlumatına görə Almaniya Bundesbankının şura üzvü Joachim Wuermeling deyib ki, hər hansı ölkənin daxili qanunları bu qlobal fenomeninin öhdəsindən gəlməyə bilər.

Wuermeling deyib ki, məhz buna görə də vitual valyutaların tənzimlənməsi mümkün qədər geniş beynəlxalq əməkdaşlıqla həyata keçirilə bilər.

Çində tənzimləyicilər Bitcoin-lə ticarəti qadağan etdikdən sonra, yerli kriptovalyuta birjalarını bağlayıblar, lakin buna baxmayaraq dövriyyə elə Çinin özündə alternativ kanallarla davam edib.

Kriptovalyutaların xüsusilə fəal olduğu Cənubi Koreyada da virtual birjalar qadağan olunub.

Avropa İttifaqı ölkələri çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Bitcoin və başqa virtual pullara daha sərt tənzimləmə qaydalarının tətbiqi barədə razılığa gəliblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG