Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 07:14

2017-ci ilin yekununda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 mlrd. 334 mln. 600 min dollar olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumata görə, noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatları 80 mln. 400 min dollar (5 faiz) artıb.

2017-ci ilin üçüncü rübü ilə müqayisədə valyuta ehtiyatları 167 mln. 100 min dollar (3,2 faiz) çoxalıb.

AMB-nin valyuta ehtiyatlarının illik müqayisədə də artdığı bildirilir. Statistikaya görə, il ərzində valyuta ehtiyatı 1 mlrd. 360 mln. 200 min dollar (34.2 faiz) çoxalıb.

Son bir ildə hərraca Mərkəzi Bank yox, Neft Fondu valyuta çıxarır.

Son illər Mərkəzi Bankın ehtiyatları 3 dəfə azalmışdı.

Pul kütləsi aylıq azalıb, illiksə…

AMB-nin məlumatına görə, 2017-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə pul kütləsi 143 milyon 600 min manat və ya 1.6 faiz azalıb.

Onun həcmi rüblük göstəricilərlə də azalıb. Pul kütləsi dördüncü rübdə üçüncü rüblə müqayisədə 128 milyon manat və ya 1.5 faiz kiçilib.

İllik göstəricilərin isə fərqli olduğu bildirilir.

2017-ci ilin yekunlarına görə, Azərbaycanda pul kütləsinin 8 milyard 543 milyon 200 min manat olduğu bildirilir.

Verilən məlumata görə, bu göstərici il ərzində 682 milyon 700 min manat və ya 8.7 faiz artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG