Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:52

Dünyanın beşinci böyük almazı tapılıb


Dünyanın ən böyük almazı sayılan, 1109 karatlıq Lesedi la Rona, 2016-cı il
Dünyanın ən böyük almazı sayılan, 1109 karatlıq Lesedi la Rona, 2016-cı il

Lesotoda dünyanın beşinci böyük almazının tapıldığı bildirilir. 40 milyon dollar dəyəri ola biləcək bu qiymətli daşın tapıldığını bu gün – yanvarın 16-da “Gem Diamonds” mədən şirkəti açıqlayıb. Xəbəri “Agence France-Presse” yayıb.

Şirkət D-rəngli bu daşı Afrikanın cənubunda yerləşən, dənizə çıxışı olmayan ölkədə Letzeng mədənində tapıb. 910 karatlıq brilyantın “müstəsna keyfiyyətli” olduğu qeyd edilir.

Gem Diamonds Letsengi 2006-cı ildə alandan bəri bu şaxtada dünyanın ən gözəl almazları aşkarlanıb, 603 karatlıq Lesoto Vədi (Lesotho Promise) də onlardan biriydi”, – şirkətin rəhbəri Clifford Elphick bəyanatda bildirir.

Amma bu qeyri-adi, yüksək keyfiyyətli almaz indiyədək aşkarlanan ən böyük daşdır... Bu, tarixi tapıntıdır”, – o deyib.

“Liberum Capital” şirkətindən mədən təhlilçi Ben Davis investorlar üçün qeydində yazıb ki, almazın dəyəri 40 milyon dollar (33 milyon avro) ola bilər.

Xəbərdən sonra Londonda “Gem Diamonds”un səhmləri 14 faiz bahalanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG