Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Azərbaycan OPEC-in Oman toplantısına qatılmayacaq


OPEC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin Omanda keçiriləcək iclasına Azərbaycan qatılmayacaq.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Energetika Nazirliyindən bildirilib.

Həmin toplantı yanvarın 21-də keçirilməlidir. İclasda OPEC və kartelə daxil olmayan ölkələrin razılaşmasından mümkün mərhələli çıxış yollarının müzakirəsi nəzərdə tutulur.

Azərbaycanın toplantıya qatılmamasının səbəbləri açıqlanmır.

Neft hasilatının azaldılmasına dair sazişin icrasına nəzarət və onun şərtlərində nöqsanların düzəldilməsinə dair tövsiyələrin hazırlanmasından ötrü Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və OPEC-in baş katibi daxildir.

Xatırlatma

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub.

OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG