Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 04:07

Bağdadda qoşa partlayışda azı 38 nəfər həlak olub


Bağdadda partlayış, arxiv fotosu

Bağdadın mərkəzində iki partlayış törədilib, azı 38 nəfərin həlak olduğu, 105 nəfərin yaralandığı xəbər verilir. Məlumatı İraqın Xarici İşlər Nazirliyi yayıb.

***

Bağdadın mərkəzində iki partlayış törədilib, azı 16 nəfərin həlak olduğu xəbər verilir. Məlumatı İraqın Xarici İşlər Nazirliyi yayıb.

Qurumun sözçüsü Saad Maan-ın deməsinə görə, intiharçı hücumları yanvarın 15-də səhər paytaxtın mərkəzində törədilib.

Bağdad Səhiyyə Departamenti daha yüksək ölü sayı açıqlayıb, azı 26 nəfərin öldüyünü, 90 nəfərin yaralandığını bildirib.

Həkim Abdel Ghani al-Saadi-nin deməsinə görə, “26 nəfər ölüb, 90 nəfər yaralanıb”.

Şahidlərin Almaniyanın dpa agentliyinə deməsinə görə, partlayış tikinti fəhlələrinin toplaşdığı yerin yaxınlığında baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG