Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 07:37

İranda həbs edilən etirazçılardan 465 nəfəri hələ də həbsdədir


Foto arxiv

İranda etiraz aksiyaları zamanı həbs edilənlərdən 400 nəfəri hələ də həbsdədir.

Azadlıq Radiosunda olan məlumata görə, bunu yanvarın 14-də İran məhkəmə sisteminin nümayəndəsi bəyan edib.

Məhkəmənin sözçüsü Gholamhosein Mohseni Ejehi deyib ki, onlardan 55-i Tehanda sxalanır.

Onun sözlərinə görə yanvarın 13-də həbs olunanlardan bir neçəsi azadlığa buraxılıb.

İslahatpərəst deputat Mahmoud Sadeghi-nin ötən həftə verdiyi məlumata görə, bir həftəlik etiraz aksiyaları zamanı ölkədə ümumilikdə 3700-ə yaxın adam həbs edilib.

İran parlamenti yanvarın 7-də bildirib ki, həbs edilən adi etirazçılar, xüsusilə də tələbələr sərbəst buraxılacaq, təşkilatçılar isə cəzalandırılacaqlar.

İran məhkəmə sisteminin sədr meavini Hamid Shahriari ötən həftə deyib ki, təşkilatçılara ölkə qanunlarına uyğun olaraq maksimum cəza verilməlidir.

Qeyd edək ki, İranda ölüm hökmü ən ağır cəzadır.

Bu cəza adətən qətl, xəyanət və qanunsuz narkotik alveri də daxil olmaqla bir sıra ağır cinayətlərə görə tətbiq olunur.

Dekabrın 28-də İranın Məşhəd şəhərində qiymət artımı bə korrupsiyaya etiraz olaraq başlanan etiraz nümayişləri ölkənin 90-dan çox şəhər və qəsəbəsinə yayıldı.

Son rəsmi açıqlamaya görə, etiraz aksiyaları zamanı 25 nəfər ölüb.

Hakimiyyət bundan əvvəl 21 nəfərin öldüyünü bildirirdi.

İranın ali dini lideri Ayatollah Khamenei etiraz aksiyalarına görə “xarici düşmənləri” günahlandlrlr.

Günün bütün mövzuları

XS
SM
MD
LG