Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 21:09

Türkiyə Suriya sərhədinə tank və digər hərbi texnikalar yeridib


Foto arxiv

Türkiyə Suriya ilə sərhəddə yerləşən Hatay regionuna tanklar və digər hərbi texnikalar yeridib.

Bu barədə Türkiyənin “Anadolu”informasiya agentliyi məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, məqsəd Türkiyə-Suriya sərhədi boyunca terror dəhlizi yaradılmasına imkan verməməkdir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan bundan əvvəl bölgədəki terror dəhlizinin artıq kəsildiyini bəyan eləmişdi.

Erdoğan bölgədəki kürd birləşmələrini Afrin rayonundan çıxmağa çağırıb.

Ankara Suriyada kürdlərin birləşdiyi “Demokratik ittifaq” partiyası (PYD) və “Xalq özünümüdafiə qüvvələri” birləşməsini terrorçu PKK təşkilatı ilə əlbir olmaqda günahlandırır.

Türkiyə ordusu şənbə günü “Xalq özünümüdafiə qüvvələri” yaraqlılarının mövqelərini cavab atəşinə tutub.

“Anadolu” agentliyinin məlumatına görə yaraqlılar Türkiyə ərazisini prezident Erdogan Elyazıq əyalətində çıxış edərkən atəşə tutublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG