Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:57

İsrail təyyarələri Qəzzə ilə Misiri birləşdirən tuneli partladıb


Foto arxiv

İsrail hərbçiləri yanvarın 14-də Qəzzə bölməsindən İsrail və Misirə gedən tuneli partladıblar.

İsrail ordusu bu tunelin Həmas hərakatına məxsus olduğunu deyir.

Qəzzə sakinləri şənbə günü axşam İsrail təyyarələrinin Rafah şəhəri yaxınlığında-Misirlə İsrail sərhədindəki rayonu bombalamaları barədə məlumat vermişdilər.

İsrail ordusu bu məlumatı təsdiqləsə də bazar gününədək ətraflı məlumat verməmişdi.

İsrail ordusunun polkovniki Conatan Konrikus deyib ki, bu tunel terrorçuluq məqsədilə tikilib, çünki strateji obyektlərin altından keçirdi.

O bildirib ki, tunel şənbə günü partladılıb, uzunluğu 1,5 kolometr idi.

Əməliyyat zamanı Qəzzə İlə İsrail arasındakı əsərhəd- keçid məntəqəsi bağlanıb.

ABŞ Prezidenti Donald Trump dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra regionda vəziyyət daha da gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG