Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 15:29

Baş redaktora əlavə ittiham verildiyi deyilir


Əfqan Sadıqov

Azel.tv saytının həbsdə olan baş redaktoru Əfqan Sadıqov cəzaçəkmə müəssisəsindən Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

Məlumatı AzadliqRadiosu-na vəkil Elçin Sadıqov verib.

Vəkil deyib ki, Əfqan Sadıqova yeni ittiham irəl sürüblər, oradan da Cəlilabad Rayon Məhkəməsinə aparacaqlar. Ə. Sadıqovun həbs müddətinin bitməsinə 3 ay qalmış ona qarşı ittihamı yeniləyiblər:

Buna da bax: Jurnalist məhkəməsində şərləndiyini açıqlayıb

“İcra başçısı xüsusi ittiham qaydasında əlavə şikayət vermişdi. İndi o şikayəti yeniləyiblər. Hələ, mənə həmin yeniləmə ilə bağlı rəsmi məlumat verməyiblər. Birinci gün, yanvarın 15-də Əfqan Sadıqovla görüşməyə çalışacağam”.

Xatırlatma

Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadını vurmaqda ittiham edilib. Ə.Sadıqov isə bunu qurama iş adlandırıb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım azadlıqdan məhrum edib. Ötən il noyabrın 7-də isə Ali Məhkəmə onun cəzasını bir il azaldıb.

Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri onun rayonda tənqidi yazılarına görə şərlənərək həbs edildiyini düşünürlər.

Bu açıqlamalara hələlik, Cəlilabad Rayon İcra Hakimiyyətindən hər hansı münasibət almaq mümkün olmayıb.

Amma bütünlükdə rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret cinayət əməllərinə görə, məsuliyyətə alınıblar.

Hüquq müdafiə təşkilatları hazırda ölkədə təqribən 150 siyasi məhbusun olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG