Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 18:24

Mühacirin atasının polisə aparıldığı bildirilir


Məhəmməd Mirzəli

Fransada yaşayan mühacir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəmməd Mirzəlinin atasının yanvarın 13-ü Göyçay Rayon Polis Şöbəsinə çağrıldığı, ordan Bakıya - Daxili İşlər Nazirliyinə (DİN) aparıldığı bildirilir.

Bu haqda Məhəmməd Mirzəlinin özü bildirib.

M.Mirəzilinin deməsinə görə, atasını onun tənqidi mövqeyinə görə, incidirlər.

“Atamın polisə aparılmasına səbəb hakimiyyəti tənqid edən videoları sosial şəbəkələrdə yaymağımdır. Bu həm də ilk dəfə deyil ki, atamı polisə aparırlar. 2016-cı, 2017-ci ildə də belə olub. Hətta məndən övlad kimi imtina ərizəsi də yazdırıblar”, M.Mirzəli deyib.

Onun deməsinə görə, bu gün, yanvarın 13-ü polisdən atasına zəng gəlıb. Atası polisə gedib. Polisdə olan zaman atası ona telefonla bildirib ki, Bakıya - Daxili İşlər Nazirliyinə aparılır.

M.Mirzəlinin dediyinə görə, atası Fazil Mirzəliyev polisə və DİN-ə aparılmasının səbəbləri barədə heç nə deməyib.

Göyçay Rayon Polis İdarəsindən bu deyilənlərlə bağlı suallara cavab verilməyib.

DİN-in mətbuat xidmətindən də, hələlik, iddialara münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Məhəmməd Mirzəlinin 22 yaşı var. 4 ildir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.

Özünün yazdığına görə, o, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib.2013-cü ildə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini idda edir.

Ancaq bu deyilənləri hüquq mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bundan əvvəl də ölkədən gedən ayrı-ayrı jurnalist və fəalların da qohumlarının polisə aparılması ilə bağlı iddialar səslənib. Hətta hazırda mühacirətdə olan bolqqer Orduxan Teymurxan ona görə, bacılarının polisə aparıldığını bildirirdi.

Hüuq mühafizə oraqanları isə belə açıqlamalara münasibət göstərməkdən imtina ediblər.

Ancaq bütünlükdə hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqıalara məruz qalmasını inkar edirlər.İşgəncə ilə bağlı iddialar isə qəti təkzib edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG