Keçid linkləri

2018, 18 Yanvar, Cümə axşamı, Bakı vaxtı 11:56

İş adamları yeni gömrük rüsumundan narazılıq edirlər


Gömrük

Bu gün, yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar yeni gömrük rüsumlarından narazılıq ediblər. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu üç dəfə artırılıb. Onların deməsinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.

Məsələyə DGK-da münasibət bildirib.

DSK mətbuat xidmətinin məlumatına görə isə, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi 500 saylı qərarla bu il yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

«Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik, bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər», - məlumatda vurğulanır.

Dövlət Gömrük Komitəsi bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Xatırlatma

Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də «Azərbaycanın xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla «Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri», «Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri» və «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı» bu il yanvarın 1-dən ləğv edilib.

Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlənib.

Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınlarından ötrü bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlərə görə isə 5 dollar rüsum müəyyən edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG