Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:24

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan dünyanın 183 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir ki, Azərbaycandan 114 ölkəyə məhsul ixrac olunub. 176 ölkədən isə Azərbaycana idxal həyata keçirilib.

Ən çox ixrac İtaliyaya olub

Azərbaycandan ixracın 31,4 faizi İtaliyanın, 10,5 faizi Türkiyənin, 4,5 faizi İsrailin payına düşüb.

İdxalda isə Rusiya öndədir. İdxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi bu ölkənin payına düşür.

İdxalın 14,7 faizi Türkiyədən, 9,8 faizi Çindən, 8,7 faizi ABŞ-dan, 5,2 faizi Ukraynadan, 4,9 faizi isə Almaniyadan reallaşdırılıb.

Buna da bax: Ərzaq 16 faizdən çox bahalaşıb

İxrac və idxal

Gömrük orqanlarının qeydiyyat məlumatına görə, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla ötən ilin 11 ayında xarici ticarət dövriyyəsi 21809,4 milyon dollar olub. İxracın dəyəri 14018,7 milyon, idxalın dəyəri isə 7790,7 milyon dollar təşkil edib.

DSK 6228,0 milyon dollarlıq müsbət ticarət saldosu yarandığını bildirir.

Komitənin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb.

Ancaq real ifadədə 10,9 faiz azalıb. İxrac-idxal həcimi də azalıb – uyğun olaraq 6,5 və 17,6 faiz...

Neft və qeyri-neft sektoru rəqəmlərdə

2017-ci ilin yanvar-noyabr aylarında 1386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Komitə bildirir ki, bu göstərici 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1, real ifadədə isə 21,8 faiz çoxdur.

2017-ci ilin yanvar-noyabr aylarında əvvəlki illə müqayisədə təzə meyvə ixracı 22, təzə tərəvəz 83,8, kartof 50,7, çay 52,1, meyvə- tərəvəz şirələri 64,6, təbii üzüm şərabları 97,6 faiz, tütün 2, pambıq lifi də 6,3 dəfə artıb.

Həmin dövrdə təzə meyvə idxalının 2,5, çayın 4,7, mal ətinin 92,1 faiz, minik avtomobillərinin 2 dəfə artdığı bildirilir.

Buğda, şəkər, bitki yağları, kərə yağı, digər süd yağları, pastaları və kartof idxalında isə azalma olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG