Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:25

Trump Londona səfərini təxirə salıb


Theresa May (solda) və Donald Trump NATO sammitində, 2017-ci il

ABŞ prezidenti Donald Trump Londona səfərini təxirə salıb. Onun Britaniyada ABŞ-ın yeni səfirlik binasının açacağı planlaşdırılırdı.

Yanvarın 12-də yazdığı tvitdə Trump yeni səfirliyin yerinə toxunub və sələfi Barack Obama administrasiyasını suçlayıb.

Səfəri təxirə salmağımın səbəbi odur ki, Obama administrasiyasının pərəstişkarı deyiləm, Londonda çox yaxşı yerdə, gözəl binada yerləşən səfirliyi dəyər-dəyməzinə satıb, yenisini 1,2 milyard dollara tikiblər. İstədilər ki, qırmızı lenti kəsim – Xeyr!” Trump yazıb.

Məsələ ondadır ki, Mayfair rayonundakı səfirliyin köçürülməsi qərarı prezident George W. Bush administrasiyası dövründə, 2008-ci ilin oktyabrında verilib.

Britaniyanın baş naziri Theresa May Trump-ın andiçmə mərasimindən sonra bu ölkəyə səfər edən ilk xarici ölkə lideri olub. Səfər zamanı o, Trump-ı Britaniyaya səfərə dəvət edib.

O zaman dəvətə qarşı güclü etiraz səsləndirildi, bir çox britaniyalı seçici Trump-a qarşı aksiyaya çıxacağını dedi.

Trump səfəri təxirə saldığını elan edəndən sonra Londonun meri Sadiq Khan deyib ki, onun “səfərinə qarşı, şübhəsiz, kütləvi etirazlar olacaqdı”.

Londonluların çoxu aydın şəkildə deyiblər ki, Donald Trump-ın səfəri arzuolunan deyil, çünki bölücü siyasət yeridir. Görünür, mesajı alıb”, – Khan deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG