Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 05:04

Çexiyada prezident seçkisinin ilk turu keçirilir


Milos Zeman

Yanvarın 12-də Çexiya Respublikasında prezident seçkisi başlanıb. Miqrasiyaya qarşı çıxan, rusiyapərəst mövqeyilə fərqlənən indiki prezident Milos Zeman-la yanaşı seçkidə səkkiz başqa namizəd mübarizə aparır.

12-13 yanvar tarixlərində keçirilən səsvermənin favoriti də elə Zeman sayılır.

Birinci turda çoxluğu heç bir namizəd qazana bilməzə, ilk iki yeri tutmuş iki namizəd yanvarın 26-27-də bir daha yarışacaq.

73 yaşlı Zeman-ın vəzifəsi 2013-cü ildən bəri protokol xarakterlidir.

Onun miqrantlara, müsəlmanlara qarşı fikirləri, Rusiya prezident Vladimir Putin-lə yaxınlaşması ziddiyyət yaradıb. Həm də bütün bunlar Moskvanın Qərb seçkilərinə müdaxiləsi sarıdan narahatlığın artdığı bir dönəmdə baş verir.

Zeman 2015-ci il miqrant böhranını Avropanın “təşkil olunmuş işğalı” adlandırıb, deyib ki, müsəlmanların “inteqrasiyası mümkün deyil”.

Rəy sorğularına görə, Zeman-ın ən ciddi rəqibi kimyaçı professor, iki dəfə Çexiya Elmlər Akademiyasının prezidenti olmuş Jiri Drahos-dur.

Digər namizədlər arasında bəstəkar Michal Horacek, keçmiş sağçı baş nazir Mirek Topolanek, Skoda Auto avtomobil şirkətinin keçmiş rəhbəri Vratislav Kulhanek var.

Zeman seçki öncəsi milli televiziyada sonuncu debata qatılmayıb, başqa bir kanalda tok-şouda iştirak edəcəyinə öncədən razılıq verdiyini deyib.

8,4 milyona yaxın çexin səsvermə hüququ var. Məntəqələr yanvarın 13-də yerli vaxtla günorta 2-də bağlanır və ilkin nəticələr də elə həmin gün axşama gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG