Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:38

Trump mühacirlərlə bağlı "elə söz deməyib" - YENİLƏNİB


Ağ ev yaxınlığında mühacirlər və fəalların etiraz aksiyası, 8 yanvar, 2018-ci il
Ağ ev yaxınlığında mühacirlər və fəalların etiraz aksiyası, 8 yanvar, 2018-ci il

ABŞ prezidenti Donald Trump deyir ki, mühacirlərlə bağlı müzakirələrdə medianın yazdığı vulqar sözü işlətməyib.

“Görüşdə sərt danışmışam... amma belə dildə də yox”, – Trump yanvarın 12-də Twitter-də yazıb.

***

BMT-nin insan haqları ofisi ABŞ prezidenti Donald Trump-ın Afrika və Haitidən mühacirlərlə bağlı dediklərini “irqçi” adlandırıb.

BMT-nin insan haqları üzrə sözçüsü Rupert Colville yanvarın 12-də deyib ki, bu sözlərə yalnız “irqçi” demək olar.

“Bütöv ölkələri və qitələri “çirkli dəliklər”, onların sakinlərini isə ağdərili olmadıqlarına görə arzuolunmaz adlandıra bilməzsiniz”, – o, Cenevrədə jurnalistlərə deyib.

***

ABŞ prezidenti Donald Trump-ın konqresmenlərlə immiqrasiyaya həsr olunmuş görüşdə səsləndirdiyi bildirilən vulqar sözlər qalmaqal yaradıb, prezidenti sərt tənqid edirlər.

Yanvarın 11-də immiqrasiyaya dair təklif olunan sazişi rədd edən Trump deyib ki, Haitidən və Afrikanın “çirkli dəliklərindən” daha çox adam Birləşmiş Ştatlara buraxılmalıdır. Bu barədə media Oval ofisdə keçirilən görüşdən xəbər tutmuş adamlara istinadla yazıb.

“NORVEÇDƏN MÜHACİR QƏBUL EDƏK”

Görüşdə iki senator yüzminlərlə gənc immiqrantın deportasiyadan qorunması üçün hər iki partiyanın hazırladığı kompromis planın detallarını açıqlayıb. Planda sərhəd mühafizəsinin də gücləndirilməsi təklif olunur.

Trump deyib ki, Birləşmiş Ştatlar Norveç kimi ölkələrdən daha çox mühacir qəbul etməlidirlər.

*** Buna da bax: Trump immiqrasiyada islahatlara çağırır

Ağ evin sözçüsü Raj Shah Trump-ın həmin sözü işlətdiyini təkzib etməyib. “Vaşinqtondakı bəzi siyasətçilər xarici ölkələr üçün vuruşmağı seçirlər, prezident Trump isə həmişə Amerika xalqından ötrü mübarizə aparacaq”, – Shah deyib.

Prezidentin dedikləri Konqresin demokrat və respublikaçı üzvlərinin tənqidinə səbəb olub.

Nümayəndələr Palatasının aparıcı demokrat üzvü Steny Hoyer Trump-ın sözlərini “irqçi və biabırçı” adlandırıb.

Palatanın respublikaçı üzvü, haitili miqrant ailədən olan Mia Love prezidentin dediklərini “nəzakətsiz, bölücü, xudpəsənd” adlandırıb.

O, Trump-ın davranışının “ölkə başçısı üçün qəbuledilməz” olduğunu deyib, onu üzr istəməyə çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG