Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Putin-dən ABŞ-a Navalny ittihamı


Putin yanvarın 11-də Moskvada tələbələrlə də görüş keçirib

Rusiya prezidenti Vlaimir Putin iddia edir ki, korrupsiyayla mübarizə aparan müxalifət lideri Aleksei Navalny-ni seçki məsələsində Birləşmiş Ştatlar dəstəkləyir.

Putin bunu yanvarın 11-də heç bir dəlil gətirmədən, Rusiyanın bir neçə media qurumunun baş redaktorları və rəhbərləriylə görüşündə deyib.

Navalny 18 mart prezident seçkisinə buraxılmayıb, barəsində şərti məhkəmə hökmünün olması əsas gətirilib. Özü və tərəfdarları isə hökmün siyasi motivli olduğunu deyirlər.

ABŞ və Avropa Birliyi Navalny-nin seçkiyə buraxılmamasını pisləyiblər.

Rusiyanın ABŞ-da seçkiyə müdaxilə etməsiylə bağlı iddialara dair sualı cavablandıran Puin deyib ki, Rusiyanın işlərinə müdaxilə edən Birləşmiş Ştatlardır. O, Navalny-nin adını da çəkməyib, artıq bir neçə aydır belə edir.

“Adını çəkdiyiniz şəxs seçkiyə buraxılmayan yeganə adam deyil. Ancaq hansısa səbəbdən onlar başqaları barədə danışmırlar. Bu, açıq-aşkar ABŞ administrasiyasının başqa ölkələrə rəhbərlikdə, Rusiya siyasətində irəli getməkdə üstünlük verdiyi şəxsləri göstərir”, – Putin deyib.

Putin-in mart seçkisində daha altı müddətə prezident seçiləcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG