Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Bu gün, yanvarın 11-i dövlət qulluğuna qəbulda müsabiqənin müsahibə mərhələsi start götürüb.

Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilir.

Məlumata görə, müsabiqə vakant 1145 icraçı mütəxəssis yerinə keçirilir. Müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – fevralın 9-dək davam edəcək.

DİM müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə təlimatları, müsahibə proqramlarını öz internet portalında yerləşdirib.

Namizəd qeydiyyat portalına daxil etdiyi məlumatların və sənədlərin aktuallığını, tamlığını təsdiqləməli, yanvarın 11-dən fevralın 9-u saat 18.00-dək DİM-in portalı vasitəsilə müsahibədə iştirakdan ötrü müraciət etməlidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG