Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:31

Dövlətə xəyanətdə ittiham olunanların işi məhkəmədə


Əməliyyat
Əməliyyat

Dövlətə xəyanətdə ittiham olunan bir qrup mülki şəxsin cinayət işinin istintaqının yekunlaşdığı bildirilir.

«Turan» agentliyinin məlumatına görə, iş üzrə vəkillər cinayət işinin materialları ilə tanış olublar.

2017-ci il mayın 3-də açılmış cinayət işini Hərbi Prokurorluq araşdırıb. İş Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) ilə açılıb. Elə həmin vaxt məxfi əməkdaşlığa cəlb olunduğu bildirilən bir qrup hərbi qulluqçu və mülki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işində adı keçən şəxslərin kimliyi, hələlik, açıqlanmır.

Cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinə göndərilib. Məhkəmə prosesinin nə vaxt başlayacağı, hələlik, bilinmir.

Xatırlatma

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci il mayın 7-də birgə bəyanat yaymışdı. Həmin bəyanatda yazılırdı ki, Ermənistan silahlı bölmələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin bölmələrinə və yaşayış məntəqələrinə təxribat planlaşdırmaları haqqında məlumat əldə ediblər. Həmin məlumat əsasında tədbirlər aparıldığı qeyd edilirdi.

Rəsmi açıqlamaya görə, müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və mülki şəxsi məxfi əməkdaşlığa cəlb edilib. Onların müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları qarşı tərəfə ötürdüyü bildirilirdi.

Həmin vaxt baş prokuror Zakir Qaralov bildirmişdi ki, casus şəbəkəsini Müdafiə Nazirliyinin rəhbərliyi ifşa edib.

Mediada əks edilən iddialara görə, həbs edilənlərdən bir neçəsi istintaq zamanı ölüb. Amma rəsmi qurumlar bu iddiaları təsdiq etməyiblər.

XS
SM
MD
LG