Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 11:44

XİN: 'Dövlət Departamentinin açıqlaması...'


XİN

«Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır. Odur ki, ABŞ Dövlət Departamentinin Azərbaycan belə münasibəti çox təəccüblüdür».

Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu ABŞ Dövlət Departamentinin Azərbaycanı «terror riski olan ölkələr» kateqoriyasına daxil etməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycana turist axını artıb, ölkədə beynəlxalq miqyaslı idman yarışları keçirilir. O, NATO və Rusiya hərbi dairələrinin yüksəkvəzifəli şəxslərinin Bakıda görüşmələrini xatırladaraq Azərbaycanın terror riskli ölkə olmadığını nəzərə çatdırır:

«Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır».

Departament nə tövsiyə edir

XİN sözçüsü vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilər istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır.

ABŞ Dövlət Departamenti xaricə turist səfərinə gedən amerikalılar üçün səfər tövsiyəsi hazırlayıb və ölkələri təhlükənin dərəcəsinə görə dörd qrupa bölüb. Bu bölünmədə Azərbaycan terror riski olan ikinci qrupa aid edilib.

Departament amerikalılara xəbərdarlıq edir ki, terrorçuluq riski səbəbindən Azərbaycanda ehtiyatlılığı artırsınlar. Onlara özəlliklə, Ermənistan qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağa getməmək tövsiyə olunur. Bu tövsiyə Ermənistanla bağlı bölümdə də yer alıb.

Tövsiyədə bildirilir ki, Dağlıq Qarabağda itkilər davam edir: «Mütəmadi atışmalar, artilleriya sistemlərindən, mina və minaatanlardan istifadə hər il itkilərə səbəb olur. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ hökuməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün fövqəladə xidmət göstərməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG