Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 06:20

Ukrayna 3 əsgərinin öldürüldüyünü deyir


Donetsk regionu, 11 yanvar, 2018-ci il

Ukrayna ordusu yanvarın 11-də bildirib ki, son 24 saat ərzində ölkənin şərq hissəsindəki toqquşmalarda üç əsgəri öldürülüb, dördü yaralanıb.

Müdafiə Nazirliyi rusiyapərəst separatçıların atəşkəsi yeddi dəfə pozduğunu, pulemyotlardan, minaatanlardan atəş açdığını bildirir.

Separatçılarsa hökumət qüvvələrinin atəşindən iki dinc sakinin öldürüldüyünü bildirir.

2014-cü ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələriylə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Minsk razılaşmaları çərçivəsində elan olunan atəşkəs rejimləri tam bərqərar olmayıb.

Sonuncu atəşkəs razılaşması ötən ilin dekabrında elan olunsa da, tərəflər bir-birini onu pozmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG