Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:05

Bu gün, yanvarın 10-u məhkəmə Karlar Cəmiyyətinin həbsdəki sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri Musa Tukanovu azadlığa buraxmayıb.

Bunu onun oğlu Akif Tukanov bildirib. Onun bildirdiyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində M.Tukanovun işi üzrə məhkəmə prosesi başlayıb.

İlk iclasda tərəflər işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. M.Tukanovun müdafiə tərəfi məhkəməyə bir neçə vəsatət təqdim edib. Vəkilləri M.Tukanovun xəstə, müharibə veteranı, əlil olmasını əsas göstərərək onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.

Ancaq A.Tukanovun deməsinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası vəsatəti rədd edib.

Proses yanvarın 17-də davam etdiriləcək.

Xatırlatma

M.Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəridir. O, ötən ilin oktyabrında saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M.Tukanov barəsində həbs-qətimkan tədbiri seçib. Müdafiə tərəfi ittihamla razılaşmır.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG