Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:37

Mikhail Derzhavin 81 yaşında vəfat edib


Mikhail Derzhavin, 2016-cı il

Rusiyalı komediya ustası Mikhail Derzhavin 81 yaşında vəfat edib. Saysız sovet filmlərində yaratdığı obrazlarla sevilən aktyor yanvarın 10-da dünyasını dəyişib. Bu barədə Moskva Akademik Satira Teatrı Facebook səhifəsində yazıb, amma ölümün səbəblərini açıqlamayıb.

Moskvada doğulmuş Derzhavin 1959-cu ildə teatr aktyoru kimi karyerasına başlayıb. Ancaq daha çox 40-dan çox sovet filmində, komediyalarda yaratdığı obrazlarla sevilib. Bu filmlər arasında “Onlar Birinci İdilər”, “Qayıqda üç nəfər, iti saymasaq” əsərləri var.

Derzhavin 1967-1980-ci illərdə çox populyar “12 Stul yeməkxanası” satirik televiziya şousunun aparıcısı kimi tanınıb.

Satira Teatrı dəfn mərasimi barədə açıqlama veriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG