Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:45

Almaniya İranın səfirinə xəbərdarlıq edib


Syed Mustafa H. Berlində məhkəmədə

Almaniya İranın Berlindəki səfirini çağıraraq İsrailə sıx bağlılığı olan fərdlər və qruplar üzərində casusluqla əlaqədar xəbərdarlıq edib, belə hərəkətlərin Almaniya qanunvericiliyinə zidd olduğunu bildirib.

Bu xəbər yanvarın 9-da yayılıb. Bundan öncə Almaniya Konstitusiya Məhkəməsi bir pakistanlının şikayətini rədd edib. O, ötən martda İrana görə casusluqda təqsirli bilinib.

Mustufa Haidar Syed-Naqfi Almaniya-İsrail Dostluq Cəmiyyətinin keçmiş rəhbəri Reinhold Robbe barədə informasiya toplayaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusuna ötürməkdə təqsir bilinib. Robbe Tehranı ona sui-qəsd planlaşdırmaqda suçlayıb və Berlini İrandan hesabat istəməyə çağırıb.

Almaniya torpağında İsrail dövlətinə bağlı adamlar və qurumlar üzərində casusluq alman qanunvericiliyini tamamilə pozmaq deməkdir”, – nazirlik rəsmisi yanvarın 9-da deyib ki, İranın səfiri Ali Majedi-nin dekabrın 22-də çağrılaraq ona xəbərdarlıq edilib.

“Sueddeutsche Zeitung” qəzetinin yazdığına görə, İranın səfirinə xəbərdarlıq olunub ki, İsraillə bağlı casusluq “Almaniyanın İranla ikitərəfli münasibətlərinə mənfi təsir göstərər”.

Almaniyanın ölkəiçi kəşfiyyat xidməti də ötən iyulda açıqladığı illik hesabatda Tehranın casusluq fəaliyyətindən söz açır, İsrail və yəhudipərəst hədəflərə fokuslandığını bildirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG