Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 00:32

Trump Nazarbaev-lə görüşəcək


Donald Trump (solda) və Nursultan Nazarbaev

Yanvarın 16-da ABŞ prezidenti Donald Trump Ağ evdə qazaxıstanlı həmkarı Nursultan Nazarbaev-lə görüşəcək.

Ağ ev yanvarın 9-da bildirib ki, iki lider “regional təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığımızı və iqtisadi əməkdaşlığı gücləndirməyin yollarını müzakirə edəcəklər”.

Qazaxıstanın BMT-dəki səfiri Kairat Umarov yanvarın 1-də BMT Təhlükəsizlik Şurasının rotasiyalı prezidentliyi postuna keçib və artıq qurumda İrandakı etirazlar və digər məsələlərdə bağlı qızğın müzakirələr olub.

Yanvarın 9-da ABŞ-ın Qazaxıstandakı səfiri George Krol-u qəbul etmiş Nazarbaev deyib ki, terrorçuluqla mübarizədə, nüvə silahlarının yayılmamasında, ticarət və investisiyanın genişləndirilməsində Vaşinqtonla əməkdaşlığa ümid edir.

Onun sözlərinə görə, Qazaxıstanda ABŞ-ın iştirak etdiyi 500-dək şirkət var və onlardan 140-dan çoxu birgə müəssisədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG